Menyu

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 4 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Teqlər:

"Paytaxt\u0131n ayr\u0131-ayr\u0131 rayonlar\u0131nda silah-sursat a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər