Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz ediləcək
Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.
Operativ Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, 5 apreldən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.
Ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.
Hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net