Menyu

Azərbaycanda daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanda daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Aprelin 22 və 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

Operativ Media quruma istinadən xəbər verir ki, 1-ci hərraca 64 nəqliyyat vasitəsi, 5 texnika və 5 qoşqu çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1983-2018-ci illəri əhatə edir.

2-ci hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Alman istehsalı olan avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Teqlər:

"Az\u0259rbaycanda daha 76 n\u0259qliyyat vasit\u0259si h\u0259rraca \u00e7\u0131xar\u0131lacaq"

Əlaqəli Xəbərlər