Menyu

BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir

BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir

Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır.

Operativ  Media xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.

"Hazırda layihə çərçivəsində Azərbaycan hökuməti və ictimaiyyətlə onun ekoloji və sosial təsirinin qiymətləndirilməsini müzakirə edirik. Məqsədimiz bu ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etmək, gələn il tikintiyə başlamaq və platformanı 2029-cu ilə qədər istismara verməkdir", - M.Kirkhem qeyd edib.

O əlavə edib ki, layihənin məqsədi aşağı təzyiqli qaz ehtiyatlarına çıxışın təmin edilməsi və hasilatın maksimum həddə çatdırılmasıdır. Layihə elektrik enerjisi ilə işləyən kompressor qurğularına malik dəniz platformasının tikintisi və istifadəyə verilməsini əhatə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər