Azərbaycan Mərkəzi Asiya ilə ilk transxəzər enerji dəhlizini reallaşdıracaq
Bakıda “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnkişaf Bankı arasında Anlaşma Memorandumu” imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, bu memorandum bankların maliyyə dəstəyi əsasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi tədqiqatlarına başlamağı təmin edəcək.
O qeyd edib ki, bu regional “yaşıl enerji” təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ilk transxəzər enerji dəhlizini reallaşdıracaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net