Azərbaycan Sloveniya ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Energetika Nazirliyi və Sloveniyanının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Sloveniyanının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzaladıq. Bu sənəd təbii qaz, bərpa olunan enerji üzrə Azərbaycanla Sloveniyanın enerji əlaqələrinin inkişafını dəstəkləyir”, deyə nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net