Menyu

“Grand-Mart”ın da qida məhsulunu üzərindəki qiymətdən baha satdığı aşkarlanıb

Nərmin Qocamanlı
“Grand-Mart”ın da qida məhsulunu üzərindəki qiymətdən baha satdığı aşkarlanıb
1 dəq oxu

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Grand-Mart” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Operativ Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Bunu da oxu: Dövlət Agentliyi: “Bazarstore” qida məhsulunu üzərindəki qiymətdən baha satıb

Əlaqəli Xəbərlər