Menyu

Bakıda oğurluq edən şəxslər tutulub

Nərmin Qocamanlı
Bakıda oğurluq edən şəxslər tutulub

Nərimanov rayonu ərazisində bir nəfərin “KamAZ” markalı avtomobilindən 850 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı F.Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən idman zallarının birində bir nəfərə məxsus içərisində 4000 manat, sürücülük vəsiqəsi və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 38 yaşlı M.Rəhimovanın saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər