"Bolt" sürücülərdən avtomobil şəkli tələb etməyə başlayıb
Əziz Əzizli
Sərnişindaşıma platforması "Bolt", qeydiyyatda olan avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərən sürücüləri müəyyən etmək məqsədilə yeni addım atıb.
Operativ Media xəbər verir ki, şirkət sürücülərdən istifadə etdikləri avtomobilin şəklini təqdim etməyi tələb etməyə başlayıb.
Bu addımın məqsədi sistemdə qeydiyyatdan keçmiş avtomobil ilə real istifadədə olan avtomobilin eyni olub-olmadığını yoxlamaq və təhlükəsizlik səviyyəsini artırmaqdır. Qeydiyyatda olan avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərən sürücülər müəyyən edilərək onların hesabları bloklanacaq.
Qeyd edək ki, ötən il iyulun 1-dən etibarən Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minib. Lakin həmin qaydalara uyğun olmayan və taksi xidməti göstərən avtomobillərə hələ də rast gəlinir.
Sərnişinlər isə bu hallarla bağlı mütəmadi olaraq şikayətlər edirlər.
Teqlər:
"\"Bolt\" s\u00fcr\u00fcc\u00fcl\u0259rd\u0259n avtomobil \u015f\u0259kli t\u0259l\u0259b etm\u0259y\u0259 ba\u015flay\u0131b"