06 Fevral 2023, 19:55
Türkiyədə zəlzələ bölgəsində bəzi məhkəmə fəaliyyətləri dayandırıla bilər
Türkiyədə zəlzələ bölgəsində bəzi məhkəmə fəaliyyətləri dayandırıla bilər şəkil
Türkiyədə zəlzələ bölgəsində bəzi məhkəmə fəaliyyətləri dayandırıla bilər

“Vəziyyət normal axarına qayıdana qədər bəzi hallarda məhkəmə fəaliyyəti dayandırıla bilər”.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Hakimlər və Prokurorlar Şurasının Baş Katibliyindən yazılı açıqlama verilib.

“Ədliyyə xidmətlərinin tam dayandırılmasından söhbət getmir, lakın həbsetmə və təcili işlərdə, yarılma prosedurlarında, iddia müddəti yaxın olan istintaq və ittiham sənədləri, icrasının dayandırılması zəruri hesab ediləcək digər iş və əməliyyatlarda vətəndaşların hüquqlarının pozulmasına səbəb olmayacaq şəkildə zəruri həssaslıq göstərilə bilər. Ədliyyə xidməti göstərən binaları zədələnmiş və ya istifadəyə yararsız hala düşən məhkəmə orqanlarında məhkəmə prosedurları ədliyyə işçilərinin sağlamlığı və zəlzələnin yaratdığı vəziyyət nəzərə alınmaqla həyata keçirilə bilər. Zərurət yaranarsa, vəziyyət normal axarına qayıdana qədər bu məqsədlər üçün məhkəmə fəaliyyəti dayandırıla bilər”, - deyə açıqlamada qeyd edilib.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb