Menyu

Nərgiz Mustafayev: İntervalların azaldılması məqsədilə qatar hərəkət qrafikləri optimallaşdırılır

Nərgiz Mustafayev: İntervalların azaldılması məqsədilə qatar hərəkət qrafikləri optimallaşdırılır
1 dəq oxu

“Sıxlığın tənzimlənməsi və intervalların azaldılması məqsədilə qatar hərəkət qrafikləri optimallaşdırılır”. 

Operativ Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva deyib. 

Onun sözlərinə görə, səhər saatlarında bir qatar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından qaytarılaraq, sərnişin axınının daha çox olduğu “20 Yanvar” və “Koroğlu” stansiyalarına yönləndirilir. 

“Günorta saatlarında isə depodan ehtiyat qatar sıxlıq çox olan “28 May” stansiyasına sərnişinsiz gətirilir.İntervalların azaldılması üçün xüsusi layihə üzərində texniki işlər aparılır ki, bu da sıxlığın tənzimlənməsinə əlavə töhfə verəcək”.

Əlaqəli Xəbərlər