Milli Məclisin deputatları sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər
Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər.
Bu barədə Operativ Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq.
Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net