BMT-də Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla anıldı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Türkiyə və Suriyadakı zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Operativ Media" xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki iclasa BMT-nin baş katibi Antonio Quterreş sədrlik edib.
Qeyd edək ki, təkcə Türkiyədə təbii fəlakət nəticəsində azı 1541 nəfər həyatını itirib, 9773 nəfər yaralanıb.
Teqlər:
"BMT-də Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla anıldı"