Menyu

Cəbrayılda minaya düşən şəxsin ayağı amputasiya edilib

Cəbrayılda minaya düşən şəxsin ayağı amputasiya edilib

TƏBİB Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyətini açıqlayıb.

Operativ Media xəbər verir ki, qurumun məlumatına görə, aprelin 6-da saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü kişi xəsarət alıb.

Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Məlumatda qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər