Menyu

Azərbaycan və İsrail avtomobil yükdaşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər

Əsəd Abbaslı
Azərbaycan və İsrail avtomobil yükdaşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və İsrail arasında yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə edilib.

Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailə səfər çərçivəsində bu ölkənin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev ilə görüşdük. Ölkələrimiz arasında tranzit potensialı, hava nəqliyyatı sahəsində əməkdaşlıq, yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını və nəqliyyat sahəsində insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq perspektivlərini müzakirə etdik. İsrailin yol təhlükəsizliyi və "ağıllı" nəqliyyat idarəetmə sistemləri üzrə qabaqcıl təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u0130srail avtomobil y\u00fckda\u015f\u0131malar\u0131 sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər