DİM rəsmisi: Açıq tipli suallarda tanışlarının adını, nömrəsini yazan şagirdlər var
Nərmin Qocamanlı
"Açıq tipli suallarda məşhur qohum və tanışlarının adını, nömrəsini yazan şagirdlər var".
Operativ Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
Aydın Qasımov bu kimi hallar bir neçə dəfə baş verdiyini bildirib:
“Belə ki, şagird bəzən özü haqqında məlumatları, valideynlərinin nömrəsini cavab bölməsinə qeyd edir. Bununla yanaşı, tanınmış qohumlarının olduğunu yazan, onların əlaqə nömrələrini yazan şagirdlər də mövcuddur. Bu zaman həmin yazı 0 bal ilə qiymətləndirilir. Ümumiyyətlə, yoxlama prosesinə göndərilmir, seçilib kənarlaşdırılır. Çünki biz əvvəlcədən bildiririk ki, özü haqqında məlumat yazmaq olmaz".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net