Menyu

"Azercell" daha bir xidmətini ləğv edir

"Azercell" daha bir xidmətini ləğv edir

11.04.2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “NNTV” xidməti ləğv ediləcək. Xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmət üzrə növbəti aylıq, həftəlik (xidmətin ləğv ediləcəyi tarixdən 7 gün əvvəl), həmçinin günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət qoyulacaq.

Operativ Media xəbər verir ki, həmin tarixədək “NNTV” xidmətinə qoşulmuş istifadəçilər növbəti yenilənməyə qədər xidmətdən istifadə edə biləcəklər.

Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Qeyd edək ki, "Azercell" ötən ilin dekabrından bəzi xidmətlərin ləğv ediləcəyini açıqlamışdı 

Teqlər:

"\"Azercell\" daha bir xidm\u0259tini l\u0259\u011fv edir"

Əlaqəli Xəbərlər