Menyu

“TMT LEDs Asia”nın Bakı ofisinin açılış mərasimi olub - FOTO

Nərmin Qocamanlı
“TMT LEDs Asia”nın Bakı ofisinin açılış mərasimi olub - FOTO

“TMT LEDs Asia”nın Bakı ofisinin açılış mərasimi olub. 

Operativ Media  xəbər verir ki, tədbirdə şirkətin CEO-su Tolga Tonguc açılış nitqi ilə çıxış edib.

O, çıxışında şirkətin yaranma tarixindən və əldə etdiyi uğurlardan danışıb. Eyni zamanda şirkətin yeni istehsal etdiyi TMT Led məhsulundan bəhs edib.

Tolga Tongucun sözlərinə görə, bu məhsulun ən böyük özəlliyi minimum enerji ilə maksimum işıq təmin etməkdir: “Bu işıqları bir çox yerdə işlətmək mümkündür. Normal halda ayda min dollar sərf olunan elektrik yerinə bu məhsuldan istifadə olunursa, həmin xərc  300-400 dollara qədər düşür. Bu da həm inanılmaz bir texnologiyadır, həm də səmərəliliyi mükəmməldir. Bundan baqşa, məhsulun 3 çeşiddə - Silver, Gold və Platinuim olmaqla 10 ilə qədər bir zəmanəti var”.

Daha sonra şirkətin rəhbəri Canberk Tonguç da çıxıb edib. O da öz növbəsində led texnologiyasının səmərəliliyindən danışıb: 

“Bu günün bizə təqdim etdiyi avantajda konvasional işıq mənbələri yerinə led texnologiyasına keçid təxminən 80 faiz enerji qənaəti, 5-10 qat arasında da daha çox uzun ömürlülüyün avantajını yaşadır”.

Canberk Tonguç qeyd edib ki, ilk led texnoligiyasının başlamasından bu günə qədər bu enerjinin 10 faizi işığa, 90 faizi isə istiliyə çevrilirdi: “Bu gün isə 67-70 faizi işığa, 30-33 faizi isə istiliyə çevrilir. Texnologiyanın gələ biləcəyi son nöqtədə isə 95 faizin işığa, 5 faizin istiliyə çevrilməsi proqnozlaşdırılır. Əslində, led texnologiyasının  inkişaf müddətində səmərəliliyin artırılması istiqamətində təxminən işin 80-85 faizi tamamlanıb. Gələcək 5 il içərisində hazırda mövcud olan işıq mənbələrinin səmərəliliyinin 10-15 faiz artırılacağı təxmin edilir”.

Tədbirin gedişində iştirakçılara əvvəlcədən təqdim edilən rəqəmlər vasitəsilə lotodron keçirilib, qalib olan iştirakçılara müxtəlif hədiyyə kuponları təqdim olunub.

Sonda şirkət rəhbərliyi tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirib.

Qeyd edək ki, 1933-cü ildən fəaliyyət göstərən “TMT Holding” mühəndislik, texnologiya və sənaye sahələrində fəaliyyət göstərən, ailə dəyərlərinə əsaslanan beynəlxalq bir şirkətlər qrupudur. Bu gün şirkət elektronika, proqram təminatı, avtomatlaşdırma, daşınmaz əmlak və tikinti daxil olmaqla 7 fərqli sektorda uğurla fəaliyyət göstərir. TMT Holding illərdir ki, innovativ, ekoloji və yüksək səmərəli işıqlandırma həlləri ilə sektora yön verir.

“TMT LEDs Asia” isə bu vizionu Orta Asiya və Qafqaz bazarında daha da möhkəmləndirmək məqsədilə yaradılmışdır.

Teqlər:

"\u201cTMT LEDs Asia\u201dn\u0131n Bak\u0131 ofisinin a\u00e7\u0131l\u0131\u015f m\u0259rasimi olub - FOTO"

Fotogalereya

Əlaqəli Xəbərlər