Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib.
Məlumata görə, təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Teqlər:
"AFAD: \"Həlak olanların sayı 2921 nəfərə çatıb\""