Menyu

Bitki tərkibli yağı nehrə yağı adı altında satmaq istəyən şəxs məsuliyyətə cəlb olunub

Bitki tərkibli yağı nehrə yağı adı altında satmaq istəyən şəxs  məsuliyyətə cəlb olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus iki məhsulda uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə Operativ Media-ya  AQTA-dan məlumat verilib.

Bildirilib ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Bundan başqa “Krestyanskoye” əmtəə nişanlı spred yağında koliform bakteriyalar, kif və maya göbələkləri aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər