Menyu

Daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə andiçmə mərasimi keçirilib

Daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə andiçmə mərasimi keçirilib

9 aprel 2025-ci il tarixində Xarici İşlər Nazirliyində daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə olaraq andiçmə mərasimi keçirilib.

XİN-dən Operativ Media-ya verilən xəbərə görə, andiçmə tədbiri yeni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə əsasən təşkil olunub.

Andiçmə mərasimində Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatik xidmətə qəbul imtahanında müvəffəqiyyət qazanaraq, 6 ay müddətinə stajçı, daha sonra isə 3 aylıq sınaq müddəti ilə attaşe vəzifəsinə təyinatı həyata keçirilən əməkdaşlar iştirak edib.

Əməkdaşlar daha sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən şəxsi işlərində saxlanılacaq andın yazılı mətnini imzalayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər