Menyu

İxrac üçün nəzərdə tutulan 122 tondan çox dəri tullantısında infeksiya törədicisi aşkarlanıb

İxrac üçün nəzərdə tutulan 122 tondan çox dəri tullantısında infeksiya törədicisi aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac üçün nəzərdə tutulan 122 tondan çox dəri tullantısında infeksiya törədicisi aşkarlayıb.

Operativ Media  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, ixrac üçün nəzərdə tutulmuş “Seyfulla & Kövsər” MMC-nin istehsal etdiyi 24,5 ton və “Akyol İnternational” MMC-nin istehsal etdiyi 98 ton dəri tullantısından götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda təhlükəli zoonoz infeksiya törədicisi aşkarlanıb.

Faktla bağlı müəssisələrə dəri qəbuluna və sexlərin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, digər sexlərdə olan dərilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının məhv edilməsi barədə qərar qəbul olunub.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər