Menyu

Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsi aşkarlanıb

Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsi aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Masallıda 19 kiloqram narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Bildirilib ki, Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb. 

İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Teqlər:

"Masall\u0131da 19 kiloqram narkotikin qanunsuz d\u00f6vriyy\u0259si a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər