07 Fevral 2023, 10:08
AFAD: 65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparılan işlərə kömək edir

65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparılan işlərə kömək edir.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tviterdə bildirib.
“Türkiyə Gənclər və İdman Nazirliyinin yataqxanalarında 48 416 vətəndaş yerləşdirilib və əlavə olaraq 34 084 boş çarpayı da mövcuddur”, - məlumatda deyilir.