Bakı, Sumqayıt və Abşeronda üzrə aprel ayının pensiyaları ödənilib
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Bu barədə Operativ Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Teqlər:
"Bak\u0131 Sumqay\u0131t v\u0259 Ab\u015feronda \u00fczr\u0259 aprel ay\u0131n\u0131n pensiyalar\u0131 \u00f6d\u0259nilib"