Menyu

Kommersiya qurumlarının sayı 8%-dən çox artıb

Kommersiya qurumlarının sayı 8%-dən çox artıb

2025-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.614.737 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 7,6 faiz artıb.

Operativ Media xəbər verir ki, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193.780 vahid təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında 3.479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər