Menyu

Körpüdən aşan avtomobilin anbaan görüntüləri - YENİLƏNİB/VİDEO

Körpüdən aşan avtomobilin anbaan görüntüləri  - YENİLƏNİB/VİDEO

Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 

***

14:38

 

Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

 

Teqlər:

"K\u00f6rp\u00fcd\u0259n a\u015fan avtomobilin anbaan g\u00f6r\u00fcnt\u00fcl\u0259ri - YEN\u0130L\u018fN\u0130B\/V\u0130DEO"

Əlaqəli Xəbərlər