“Son zəng”lə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
Əsəd Abbaslı
Ümumi təhsil müəssisələrinə 2024–2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Operativ Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirib ki, “Son zəng” tədbiri ilə əlaqədar olaraq yerli təhsilin idarəetmə bölmələrinə – regional təhsil idarələrinə heç bir rəsmi təlimat göndərilməyib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net