Menyu

Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib

Əsəd Abbaslı
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan Ağdam rayonunun Azərbaycan Respublikasına aid olduğunu bilə-bilə orada Ermənistan Respublikasının hərbçisi kimi xidmət keçdiyini etiraf edib.

Operativ Media xəbər verir ki, o, dövlət ittihamçılarının suallarını cavablandırarkən “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib.

Təqsirləndirilən şəxs həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.

Teqlər:

"Melikset Pa\u015fayan A\u011fdam\u0131n Az\u0259rbaycana aid oldu\u011funu bil\u0259-bil\u0259 orada Erm\u0259nistan h\u0259rb\u00e7isi kimi xidm\u0259t ke\u00e7diyini etiraf edib"

Əlaqəli Xəbərlər