Menyu

Ötən gün qəza törədən sürücü ilə bağlı bəzi faktlar məlum olub

Nərmin Qocamanlı
Ötən gün qəza törədən sürücü ilə bağlı bəzi faktlar məlum olub

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

Operativ Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi faktlar məlum olub.

Məlumata görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.

O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib. 

Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olur.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn q\u0259za t\u00f6r\u0259d\u0259n s\u00fcr\u00fcc\u00fc il\u0259 ba\u011fl\u0131 b\u0259zi faktlar m\u0259lum olub"

Əlaqəli Xəbərlər