Ağdərənin Həsənriz kəndinə yola düşən köç karvanı çatıb - YENİLƏNİB
Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Operativ Media xəbər verir ki, Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər) köçürülüb.
***
11:26
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Operativ Media xəbər verir ki, Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Məlumata görə, bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net