11 Aprel 2025, 14:40
"Valideynlər qızlarını ödənişli oxutmaq istəmirlər" - Ekspert qızların daha yüksək bal toplamasının səbəblərindən danışıb
Ekspert: "Yüksək bal toplayanların sayının çoxalması rəqabət mühitini gücləndirəcək"
"Valideynlər qızlarını ödənişli oxutmaq istəmirlər" - Ekspert qızların daha yüksək bal toplamasının səbəblərindən danışıb şəkil
"Valideynlər qızlarını ödənişli oxutmaq istəmirlər" - Ekspert qızların daha yüksək bal toplamasının səbəblərindən danışıb

Ötən gün, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 02 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu imtahanda iştirak edən abituriyentlərdən 23 nəfəri maksimum nəticə – 300 bal toplayaraq ən yüksək göstəricini əldə edib.

Ən yüksək bal toplayan abituriyentlərdən 16 nəfəri qız, 7 nəfəri isə oğlandır.

Ekspert Kamran Əsədov Operativ Media-ya imtahanlarda qızların daha yüksək bal toplamasının səbəblərindən danışıb.

O, bildirib ki, yüksək bal toplayanlar arasında qızların çox olması bir neçə səbəblə bağlıdır:

"Buraxılış imtahanlarında yüksək nəticə göstərənlərin sayı artdıqca bu ali təhsil müəssisələrinə qəbul zamanı rəqabəti daha da gücləndirəcək. Bu il martın 2-si və 9-da orta məktəblərin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Dünən 02 mart tarixində keçirilən imtahanın nəticələri açıqlandı. Nəticələrə əsasən 23 abituriyent bütün tapşırıqlara düzgün cavab verərək maksimum – 300 bal toplayıb. 9 martda keçirilmiş imtahanların nəticələri isə hələ açıqlanmayıb və yaxın günlərdə elan olunacaq. Yəni yüksək bal toplayanların sayının daha da artacağı istisna deyil.”

Ötən il ümumilikdə 54 nəfər buraxılış imtahanlarında maksimum nəticə toplamışdı. Bu il isə artıq yalnız bir imtahanda 23 nəfər bu nəticəyə çatıb. Təbii ki, yüksək nəticə göstərənlərin sayının artması ixtisas qruplarında rəqabəti artıracaq.

Bu il ali məktəblərin plan yerlərində artım nəzərdə tutulub. Ötən il 59 minə yaxın qəbul plan yeri vardısa, bu il bu rəqəm 65 minə qədər yüksələcək. Bu da ali təhsilin əlçatanlığını artıracaq və təxminən hər 10 abituriyentdən 5-nin ali məktəbə qəbul olmaq imkanı olacaq. Abituriyentlər may ayında keçiriləcək qəbul imtahanlarına daha ciddi hazırlaşmalıdırlar. Yüksək bal toplayanların sayının çoxalması rəqabət mühitini gücləndirəcək.

 Yüksək bal toplayanlar arasında qızların çox olması bir neçə səbəblə bağlıdır. Azərbaycan cəmiyyətində valideynlər çox zaman qız övladlarının ödənişli əsaslarla təhsil almasına o qədər də meyilli olmurlar. Bu səbəbdən qızlar çalışırlar ki imtahanlardan daha yaxşı nəticə əldə edib, pulsuz ixtisaslara qəbul olunsunlar.

Ali məktəblərə qəbul zamanı aparılan sorğular və mövcud məlumatlar da göstərir ki, qızlar ödənişli ixtisaslara yönəlmirlər və nəticə etibarilə daha çox bal toplamağa çalışırlar. Oğlanlara isə valideyn dəstəyi daha çox olur və bu müəyyən qədər arxayınlıq yaradır. 300 bal toplayan 23 nəfərdən 16-sı qızdır. Ali məktəblərə qəbulda da pulsuz yerlərə daha çox qızlar qəbul olunur. Bu xüsusilə III və IV ixtisas qruplarında müşahidə olunur. Bunun əsas səbəbi isə ailələrin qız övladlarının ödənişli əsaslarla təhsil almasını çox da dəstəkləməməsidir.”

Son xəbərlər
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib
ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu baş tutmayacaq
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Şəkərli diabet riskini artıran qidalar hansılardır?
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb