Egey dənizində miqrantları daşıyan qayıq aşıb, 4 nəfər ölüb

Nərmin Qocamanlı
Egey dənizində miqrantları daşıyan qayıq aşıb, 4 nəfər ölüb

Egeydə miqrantları daşıyan qayığın qayalıqlara çırpılması nəticəsində 4 nəfər həyatını itirib.

"Operativ Media" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, nizamsız miqrantları daşıyan qayıq Lesbos adasının şərqindəki Provoskida bölgəsində qayalara çırpılıb.

Məlumata görə, 41 nəfərin olduğu qayıqda 4 nəfər ölüb, 16 nəfər xilas edilib.

Güclü küləyin təsirli olduğu bölgədə çox sayda insanın itkin düşdüyü bildirilib.

Digər xəbərlər