Menyu

Son iki gündə bank kartlarından 41048 manat oğurlanıb

Son iki gündə  bank kartlarından 41048 manat oğurlanıb

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər