Menyu

"Ani Pay" ödəniş sisteminin fəaliyyətində problem yaranıb? - AÇIQLAMA

"Ani Pay" ödəniş sisteminin fəaliyyətində problem yaranıb? - AÇIQLAMA

"Ani Pay" ödəniş sisteminin fəaliyyətində problem yaranması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Operativ Media məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət ünvanlayıb. 

AMB-dən bildirib ki, Mərkəzi Bankın operatoru olduğu AÖS-ün fəaliyyətində heç bir dayanma və ya texniki problem yoxdur: "ÖXT-lərin AÖS-ün xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi məqsədilə AÖS-ün mobil tətbiqi üzərindən yeni istifadəçilərin qeydiyyatı prosesi dayandırılmışdır. Mobil tətbiq vasitəsilə əvvəl qeydiyyatdan keçmiş istifadəçilər AÖS-ün mobil tətbiqinin sonuncu relizini (Apple Store /Google Play mağazalarından) yükləməklə əvvəlki qaydada öz ödənişlərini və Açıq Bankçılıq vasitəsilə digər xidmətlərdən istifadəni davam etdirə bilərlər. Yeni istifadəçilər qeydiyyatı və AÖS vasitəsilə ödənişləri ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet bankçılıq və mobil tətbiq həlləri vasitəsilə həyata keçirə bilərlər".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilmişdir.

Teqlər:

"\"Ani Pay\" \u00f6d\u0259ni\u015f sisteminin f\u0259aliyy\u0259tind\u0259 problem yaran\u0131b? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər