Prezident Cəlilabadda yol təmirinə 1.5 milyon manat ayırdı - SƏRƏNCAM
Nərmin Qocamanlı
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Teqlər:
"Prezident C\u0259lilabadda yol t\u0259mirin\u0259 1.5 milyon manat ay\u0131rd\u0131 - S\u018fR\u018fNCAM"