Menyu

Daha bir qrup şəxsin təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Nərmin Qocamanlı
Daha bir qrup şəxsin təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Xəbər veriyimiz kimi, aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. 

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, yeni dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026-cı, 2026-2027-ci, 2027-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı xərcləri 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanunda edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədini daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər