Menyu

XİN: Fransanın Ermənistana öldürücü silahlar verməsi bu ölkənin ikiüzlü siyasətini bir daha ifşa edir

XİN: Fransanın Ermənistana öldürücü silahlar verməsi bu ölkənin ikiüzlü siyasətini bir daha ifşa edir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də paylaşım edib.

"Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət yaradır. Bu Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir. İnsanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir", - deyə paylaşımda qeyd olunub.

Teqlər:

"X\u0130N: Fransan\u0131n Erm\u0259nistana \u00f6ld\u00fcr\u00fcc\u00fc silahlar verm\u0259si bu \u00f6lk\u0259nin iki\u00fczl\u00fc siyas\u0259tini bir daha if\u015fa edir"

Əlaqəli Xəbərlər