Menyu

Azərbaycan Texniki Universiteti beynəlxalq reytinq sistemində 5 ulduz ilə qiymətləndirilib

Azərbaycan Texniki Universiteti beynəlxalq reytinq sistemində 5 ulduz ilə qiymətləndirilib

Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.

Bu uğurlu nəticə münasibətilə Azərbaycan Texniki Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər