Rumıniya parlamentariləri dahi bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib
Əsəd Abbaslı
Azərbaycanda səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Rumıniya parlament nümayəndə heyətinin üzvləri burada görkəmli bəstəkar Corce Eneskunun abidəsini ziyarət edərək, abidə önünə güllər düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma