Menyu

DİN: Yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırma başlayıb

Əsəd Abbaslı
DİN: Yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırma başlayıb

Sosial şəbəkələrdə Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər yayılıb. 

Operativ Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb.

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, görüntülərdə azyaşlı qız amansızcasına döyülüb.

Həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər