Menyu

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Operativ Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"\u0130randan Az\u0259rbaycana PUA-il\u0259 narkotik ke\u00e7irilm\u0259sinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər