Menyu

Oğuzda evdən məişət və təmir əşyaları oğurlayan şəxs saxlanılıb

Oğuzda evdən məişət və təmir əşyaları oğurlayan şəxs saxlanılıb

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.

Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb.

O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib. 


Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər