Menyu

Dənizlə yüklərin nəqli artıb

Dənizlə yüklərin nəqli artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-mart aylarında daşınan yüklərin həcmi 2 210 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2% artıb.

Bu barədə Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 46,8%-ni neft yükləri təşkil edib.

Qeyd olunur ki, yanvar-mart aylarında dəniz limanları tərəfindən 3482,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 2 880,9 min tonunu və ya 82,7%-ni tranzit yüklər təşkil etib.

“2025-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 178,0 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınana sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,8% azalaraq 5,9 min nəfər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər