Menyu

Marketlərdən 54 min manat dəyərində naqil oğurlayan şəxslər saxlanılıb - FOTO

Marketlərdən 54 min manat dəyərində naqil oğurlayan şəxslər saxlanılıb - FOTO

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb. Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Teqlər:

"Marketl\u0259rd\u0259n 54 min manat d\u0259y\u0259rind\u0259 naqil o\u011furlayan \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b - FOTO"

Əlaqəli Xəbərlər