Menyu

Aqrar sahədə ümumi məhsul istehsalı artıb

Aqrar sahədə ümumi məhsul istehsalı artıb

Bu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1601,6 milyon manat təşkil edib ki, onun da 1510,1 milyon manatı heyvandarlıq, 91,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 13 faiz artıb.

Cari ilin ilk rübündə quş əti də daxil olmaqla diri çəkidə 141,6 min ton ət, 502,8 min ton süd, 583,1 milyon ədəd yumurta istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, yumurta istehsalı 2 faiz artıb, süd istehsalı isə 0,3 faiz azalıb.

Təsərrüfatlarda yanvar-mart aylarında 110,1 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 14 faiz çox tərəvəz məhsulları istehsal edilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər