Yanğın baş verən küçədə məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 4
Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
17:15
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
***
17:03
Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
***
16:51
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Operativ Media DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
***
16:27
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.