Menyu

Məişət zorakılığından zərər çəkmiş 230 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edilib

Məişət zorakılığından zərər çəkmiş 230 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edilib
1 dəq oxu

Bu ilin birinci rübündə məişət zorakılığından zərər çəkmiş 230 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edilib.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.

Əlaqəli Xəbərlər