Çaylarda sululuq artıb - FAKTİKİ HAVA - YENİLƏNİB 1
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məkumat verilib.
Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27 sm, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37 sm, Köndələnçayda 10 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.
21:30
Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məkumat verilib.
Belə ki, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.
Şahdağda arabir qar yağması müşahidə olunur.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.
16:56
Aprelin 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məkumat verilib.
Qeyd olunub ki, aprelin 15-i saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın 45%-i), Xaltanda 17 mm (aylıq normanın 25%-i), Gəncədə 10 mm (aylıq normanın 32%-i), Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam, Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən, Neftçalada 2 mm-dir. Naxçıvan MR, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək (aylıq normanın 33%-i) təşkil edir.
Dağlıq ərazilərdə-Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.
Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvanda, eyni zamanda Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.