Menyu

Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard manat ayrılacaq

Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard manat ayrılacaq

Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub.

Operativ Media-nın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır.

Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq.

Teqlər:

"G\u0259l\u0259n il m\u00fcdafi\u0259 v\u0259 milli t\u0259hl\u00fck\u0259sizlik x\u0259rcl\u0259rin\u0259 8 milyard manat ayr\u0131lacaq"

Əlaqəli Xəbərlər